"2018 dostluq" hərbi təlimə start verilib

Səudiyyə Ərəbistanı və ABŞ Quru qüvvələrinin "2018 dostluq" hərbi təliminə start verilib.

927550
"2018 dostluq" hərbi təlimə start verilib

Dünən iki ölkənin hərbi qüvvələrinin iştirakı ilə Səudiyyə Ərəbistanının şimal bölgəsində başlayan birgə təlim bir neçə həftə davam edəcək.

İki ölkə arasında həyata keçirilən növbəti manevrlə, Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı hərbi əlaqələrin gücləndirilməsi, əməkdaşlıq və koordinasiyanın irəli pillərərə qaldırılması, nəzərdə tutulan prosedurların birləşdirilməsi məqsəd götürülüb. Həmçinin fərqli döyüş şəraitində, idarə etmə və nəzarət əməliyyatlarında ənənəvi və qeyri-ənənəvi döyüş üsulların inkişafı planlaşdırılır.

Məlumata görə manevrdə müasir texnologiyadan başqa bir sıra ağır və orta miqyaslı texnika istifadə edilir.

 



Әlaqәli Xәbәrlәr