Afrində YPG/PKK terrorçuları sivillərin olduğu avtomobilə hücum etdilər

İçərisində biri uşaq olmaqla, üç nəfərin olduğu avtomobilə atəş açılması nətcəsində bir qadın yaralandı.

925520
Afrində YPG/PKK terrorçuları sivillərin olduğu avtomobilə hücum etdilər

Suriyanın Afrin bölgəsində Cinderes yaxınlığında separatçı YPG/PKK terrorçuları sivillərin olduğu avtomobilə hücum etdilər.
 
 Cinderes yaxınlığındakı bir kənddə yaşayan suriyalı ailə,Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu  tərəfindən terrorçulardan azad olunan Deyr Ballut kəndinə getmək istəyərkən YPG/PKK terrorçularının hücumuna məruz qaldı.
 
 İçərisində biri uşaq olmaqla, üç nəfərin olduğu avtomobilə atəş açılması nətcəsində bir qadın yaralandı.
 
 Yaralının köməyinə Türk əsgəri gəldi.
 
 Ətrafın təhlükəsizliyi təmin olunduqdan sonra vətəndaşlar təhlükəsiz əraziyə keçirildilər. 

Yaralanan qadın müalicə olunmaq üçün  Hataya gətirildi.
 



Әlaqәli Xәbәrlәr