Suriyada Rusiya təyyarəsi düşdü, 32 nəfər həyatını itirdi

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə...

924084
Suriyada Rusiya təyyarəsi düşdü, 32 nəfər həyatını itirdi

  Suriyada Rusiyaya məxsus yük təyyarəsi düşdü, 32 nəfər həyatını itirdi.

  Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, “An-26” tipli yük təyyarəsi Suriyadakı Hmeymim Hava bazasına enərkən qəzaya uğrayıb, nəticədə 26 sərnişin və 6 ekipaj üzvü ölüb.

  Yük təyyarəsi Lazkiye yaxınlığındakı Hmeymim hava bazasındakı eniş cığırından təxminən 500 metr aralıda düşüb.

  Təyyarənin vurulmadığı bildirilib.

  Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi komissiya tərəfindən təyyarənin düşmə səbəbinin aydınlaşdırılması üçün araşdırma başlanılıb.



Әlaqәli Xәbәrlәr