Bәşәr Әsәd rejimi BMT TŞ vә Rusiyanın qrarına baxmayaraq Şәrqi Qutanı bombaladı

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

921091
Bәşәr Әsәd rejimi BMT TŞ vә Rusiyanın qrarına baxmayaraq Şәrqi Qutanı bombaladı

Bәşәr Әsәd rejimi vә onu dәstәklәyәnlәr  BMT Tәhlükәsizlik Şurası vә Rusiyanın elan etdiyi 5 saatlıq atәşkәsә baxmayaraq Şәrqi Qutaya ağır zәrbәlәr endirdi.

Bölgәyә tәşkil edilәn hücumlar nәticәsindә 8 dinc sakinin hәlak olduğu bildirilib.

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, Bәşәr Әsәd rejimi BMT Tәhlükәsizlik Şurası vә Rusiyanın qәrarına baxmayaraq Şәrqi Qutadakı yaşayış mәntәqәlәrini  intensiv atәşә tutub.

Mәlumatda 19-27 fevral tarixlәri arasında bölgәyә tәşkil edilәn hücumlar nәticәsindә 107-si uşaq, 76-ı da  qadın olmaqla 560 dinc sakin hәlak olmuşdu.

Qeyd edәk ki,müxaliflәrin nәzarәtindәki Şәrqi Qutada tәxminәn 400 min dinc sakin  yaşayır.



Әlaqәli Xәbәrlәr