Bosniya və Herseqovinada Müstəqillik günü

Keçmiş Yuqoslaviyadan ayrılaraq 1992-ci ilin 29 fevral - 1 mart keçirilən referendumla müstəqilliyini qazanan Bosniya və Herseqovinada Müstəqillik Günü təntənə ilə qeyd olunur.

920737
Bosniya və Herseqovinada Müstəqillik günü

   Paytaxt Saraybosnadakı tədbirlər müstəqil Bosniya və Herseqovinanın ilk prezidenti, mərhum Aliyə İzetbeqoviçin məzarının yerləşdiyi Kovaçi Şəhidliyindən başladı. Şəhidlikdəki mərasimdə Aliyanın oğlu - Bosniya və Herseqovina Prezident Şurasının boşnak üzvü Bakir İzetbeqoviçlə yanaşı ölkənin yerli siyasi rəhbərləri və vətəndaşlar da iştirak edib.

  B.İzetbeqovic çıxışında söyləyib: “Bura içində yaşadığımız, sevdiyimiz və günbəgün inkişaf etdirdiyimiz Bosniya və Herseqovinadır. Bizim vəzifəmiz ölkəmizi daha yüksək səviyyələrə çatdırmaqdır."

  Saraybosnadakı tədbirlər İkinci Dünya Müharibəsi zamanı şəhəri qoruyarkən həyatlarını itirən əsgərlər üçün keçirilən Sönməz Alov abidəsi və mühasirə zamanı Saraybosnada öldürülən Uşaqlar abidəsində davam edib.

  Xatırladaq ki, 1992-ci ildə keçmiş Yuqoslaviyanın parçalanmağa başlaması ilə 29 fevral - 1 mart 1992 tarixlərində keçirilən referendumla Sloveniya və Xorvatiyadan sonra Bosniya və Herseqovina da müstəqillik əldə etdi. Ölkə daxilində keçirilən və serblərin böyük hissəsinin boykot etdiyi referendumda xalqın 64,31 faizi iştirak edib, 99,44 faiz lehinə səs verilməklə müstəqillik qazanılıb. Serblərin təhdid və maneələrinə baxmayaraq, keçirilən referendumun nəticəsi 6 mart 1992-ci ildə açıqlanıb.

  Bosniya və Herseqovina 22 may 1992-ci ildə BMT üzvlüyünə qəbul olunub.

  Onu da qeyd etməliyik ki, Bosniya və Herseqovina bu azadlığın bədəlini 3 il yarım davam edən və yüz minlərlə insanın həyatını itirdiyi qanlı müharibə ilə ödəmək məcburiyyətində qaldı.        



Әlaqәli Xәbәrlәr