“Şərqi Qutada humanitar dəhliz açıldı”, S.Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyada Bəşər Əsəd rejiminin mühasirəsi altındakı Şərqi Qutada humanitar dəhliz açıldığını söyləyib.

920165
“Şərqi Qutada humanitar dəhliz açıldı”, S.Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyada Bəşər Əsəd rejiminin mühasirəsi altındakı Şərqi Qutada humanitar dəhliz açıldığını söyləyib.

Lavrov indi növbədə humanitar yardımlara və vətəndaşların təxliyyəsinə mane olan silahlıların buna son qoymasının olduğunu ifadə edib.

Lavrov bunu Cenevrədə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 37-ci iclasında deyib.

Nazir bildirib ki, Suriyanın mülki şəxlər üçün təhlükəli olan Tanf və Rukban bölgələrində sığınacaq düşərgələrindəki vəziyyət pisdir.

Lavrov ABŞ başçılığındakı beynəlxalq koalisiyaya bölgənin hər bölgəsinə yardım çatdırılması üçün çağırış edib.

"Koalisiyanın üzvlərini Tanf və Rukbandakı sığınacaq düşərgəsi də daxil Suriyada nəzarət etdikləri bölgələrə Şərqi Qutadakine oxşar humanitar yardım çatdırmağa dəvət edirik" deyən Lavrov BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi missiyasının vəziyyəti qiymətləndirməsi üçün təcili olaraq Rakkaya göndərilməsinin vacibliyini vurğulayıb.

Lavrov çıxışında bütün ölkələri terrorçular arasında 'yaxşılar' və 'pislər' olaraq fərq qoymamağa çağırıb.



Әlaqәli Xәbәrlәr