"Zeytun budağı" əməliyyatında məhv edilən quldur sayı 2089-a çatıb

TSQ-nin, Suriyanın Afrin bölgəsində apardığı "Zeytun Budağı" əməliyyatının başlanğıcından bu yana zərərsizləşdirilən  terroist sayı 2089  nəfərə  çatıb.

919042
"Zeytun budağı" əməliyyatında məhv edilən quldur sayı 2089-a çatıb

Baş qərargah rəisliyinin bəyanatında bildirilir ki, terrorçular, ələ keçirdikləri ərazilərdə qarşıdurmalar zamanı əməliyyata qatılan qüvvələr tərəfindən münaqişə bölgəsindən çıxarılaraq, nəzarət altında olan təhlükəsiz yerlərə göndərilib. Sağ ələ keçirilən terrorçular daha sonra TSQ tərəfindən Türkiyədəki ədliyyə əməliyyatlarının həyata keçirilməsi məqsədilə əlaqədar orqanların göstərişləri əsasında hüquq-mühafizə qüvvələrinə təhvil verilib.

 Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi bir həftəlik müddətin bitməsindən dərhal sonra Afrinə qarşı əməliyyatı 20 yanvarda başlatmışdı.

 



Әlaqәli Xәbәrlәr