Şərqi Quta bölgəsində humanitar yardım üçün atəşkəs qərarı tətbiq ediləcək

Sergey Şoyqu paytaxt Moskvada verdiyi açıqlamada Suriyada atəşkəsə dair qərarın BMT Təhlükəsizlik Şurasının qəbul edildiyini xatırladıb.

918807
Şərqi Quta bölgəsində humanitar yardım üçün atəşkəs qərarı tətbiq ediləcək

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Suriyanın Şərqi Quta bölgəsində mülki şəxslərin ölməməsi üçün hər gün yerli saatla  09.00-14.00-da humanitar yardım üçün atəşkəs qərarını tətbiq edəcəyini söyləyib.

Şoyqu paytaxt Moskvada verdiyi açıqlamada Suriyada atəşkəsə dair qərarın BMT Təhlükəsizlik Şurasının qəbul edildiyini xatırladıb.

Qərardan sonra prezident Vladimir Putinin Şərqi Qutada humanitar yardım üçün atəşkəs qərarının tətbiqi barədə təlimat verdiyini qeyd edən Şoyqu deyib ki, həmin təlimat istiqamətində mülki şəxslərin ölməməsi üçün fevralın 28-dən etibarən Şərqi Qutada hər gün saat 09.00-14.00 arasında humanitar fasilə vəriləcək. Sivillərin bölgəni tərk etməsi üçün də humanitar koridor yaradılacaq.



Әlaqәli Xәbәrlәr