Türkiyə Silahlı Qüvvələri Afrinə irəliləyən terror təşkilatı konvoyunu vurdu

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Afrində PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatlarına məxsus 30-40 maşından ibarət silahlıların karvanını top atəşi ilə geri qaytardı.

916283
Türkiyə Silahlı Qüvvələri Afrinə irəliləyən terror təşkilatı konvoyunu vurdu

1

Türkiyə Silahlı Qüvvələri Afrinə irəliləyən terror təşkilatı konvoyunu vurdu

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Afrində PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatlarına məxsus 30-40 maşından ibarət silahlıların karvanını top atəşi ilə geri qaytarıb. 

Baş Qərargahın bununla bağlı yaydığı məlumatda bildirilib ki, Afrində PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatlarına məxsus 30-40 maşından ibarət  və içində terrorçularla silah-sursat daşıyan karvan Afrinin cənub-şərqindən şəhər istiqamətində hərəkət edərkən müəyyənləşdirildi və şəhərə 15 km məsafədə olan zaman qurudan vuruldu. Atəş zamanı hər zaman olduğu kimi dinc sakinlərə ziyan dəyməməsi üçün lazım gələn diqqət və həssaslıq göstərilmişdir.

Digər tərəfdən Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrinə doğru hərəkətdə olan terror təşkilatı karvanını vurması ilə əlaqəli görüntülər “Youtubə” vasitəsilə paylaşılmışdır.

Vurularaq zərərsizləşdirilən karvanın üzərindən qalxan duman buludu kameraya  əks edib.



Әlaqәli Xәbәrlәr