Bazar günü qəzaya uğrayan  sərnişin təyyarəsinin qalıqları tapıldı

Bunu İran dövlət telekanalı IRINN, İran İnqilab qüvvələrinin sözçüsü Ramazan Şərifə istinad etdiyi xəbərində bildirib.

914239
Bazar günü qəzaya uğrayan  sərnişin təyyarəsinin qalıqları tapıldı

İran dövlət telekanalı IRINN, İran İnqilab  qüvvələrinin  sözçüsü Ramazan Şərifə    istinad  etdiyi   xəbərində   bildirib  ki,  paytaxtı Tehran-Yasuc üzrə uçuş reysi  keçirən  və    havalandıqdan  20  dəqiqə   sonra   İsfahan əyalətinin  yaxınında   qəzaya   uğrayaraq  düşən  Aseman Airways-a  məxsus  sərnişin təyyarənin dağıntıları  tapılıb. Məlumatda  bildirilir ki   təyyarənin  qalıqları  İsfahan ostanının Səmirom bölgəsinin Dəngözlü və Noqol kəndləri yaxınlığında tapılıb.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə 66 nəfər - 60 sərnişin, o cümlədən 1 uşaq, 6 ekipaj üzvü olub. Onların hamısı ölüb.



Әlaqәli Xәbәrlәr