Girişk rayonunda 16 polis əməkdaşı öldürülüb

Əfqanıstanın Helmand əyalətinin Girişk rayonunda Taliban üzvləri ilə polis işçiləri arasında baş verən şiddətli qarşıdurma nəticəsində 16 polis əməkdaşı həyatını itirib.

908982
Girişk rayonunda 16 polis əməkdaşı öldürülüb

Helmand valisinin sözçüsü Ömər Zukakın məlumatına görə qarşıdurma, taliban üzvlərinin polis məntəqəsinə hücumu nəticəsində baş verib. Qarşudurmada talibanın neçə üzvünün öldüyünə dair məlumat verilməyib.

Adının açıqlanmasını istəməyən bir polis məmuru isə hücumun, taliban ilə əməkdaşlıq edən üç polis tərəfindən törədildiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr