PKK/PYD İdlibdə dinc sakinlərə hücum etdi

İlkin məlumatlara görə hücum nəticəsində bir qadın həyatını itirib, aralarında qadın və uşaqların da olduğu dinc sakinlərdən 7 nəfər yaralandı.

904739
PKK/PYD İdlibdə dinc sakinlərə hücum etdi

PKK/KCK/PYD-YPG terror təşkilatının Suriyanın Afrin bölgəsindən İdlib vilayətinin şimalındakı qaçqın düşərgələri minaatanlarla atəşə tutması nəticəsində  dinc sakinlərdən biri həlak olub, 7 nəfər isə yaralanıb.

Terror təşkilatı işğal etdiyi Suriyanın Afrin bölgəsinin Cindərəs məntəqəsindəki mövqelərdən Atme qaçqın düşərgəsini minaatanlardan atəşə tutub.

İlkin məlumatlara görə hücum nəticəsində bir qadın həyatını itirib, aralarında qadın və uşaqların da olduğu dinc sakinlərdən 7 nəfər isə yaralanıb.

Hücumdan sonra müxtəlif qaçqın düşərgələrinin bir yerdə olduğu Atme düşərgəsində olan  dinc sakinlərin panika və qorşu yaşadığı müşahidə olunub.

Qeyd edək ki, Suriyada 2011-ci ildən bəridir davam edən vətəndaş müharibəsindən təsirlənərək evlərini tərk etmək məcburiyyətində qalan  dinc sakinlər düşərgələrə sığınır.



Әlaqәli Xәbәrlәr