M.Abbas: “İki dövlətli həll yoluna dəstəyimiz davam edir”

Fələstin Dövlət Başçısı Mahmud Abbas və İngiltərə Xarici işlər Naziri Boris Johnson arasında telefon danışığı olub.

904456
M.Abbas: “İki dövlətli həll yoluna dəstəyimiz davam edir”

Fələstin informasiya agentliyi WAFA-nın məlumatına görə siyasi məsələlər müzakirə edilən Abbas və Johnson danışığı zamanı, Fələstin dövlət başçısı Abbas 1967-ci il sərhədləri daxilində paytaxtı şərqi Qüds olan iki dövlətli həll yoluna dəstəyinin davam etdiyini, çox tərəfli beynəlxalq mexanizm və beynəlxalq qərarlar çərçivəsində müzakirə masasına oturmaqda hazır olduqlarını qeyd edib.

Johnson isə ,Böyük Britaniyanın iki dövlətli həll yolunun tapılması və Yaxın Şərqdə münaqişələrin sülh yolu ilə həll edilməsi üçün edilən səylərin əhəmiyyətinə diqqət çəkib.

 



Әlaqәli Xәbәrlәr