Qüds Fələstinin paytaxtı olmadan sülh mümkün olmayacaq
Bunu Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki Qahirədə keçirilən Ərəb Birliyi Xarici İşlər Nazirləri Toplantısında bəyan etdi.

Misirin paytaxtı Qahirədə Amerika Birləşmiş Ştatlarının Qüds qərarının təsirləri ilə əlaqədar hazırlanan "Ərəb fəaliyyət planı"nı müzakirə etmək məqsədilə Ərəb Birliyi Xarici İşlər Nazirlərinin toplantısı keçirildi.
Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki toplantıda çıxış edərək: "Kimliğimizin və şərəfimizin mühüm hissəsini təmsil edən Qüds Fələstinin paytaxtı olmadan sülh də mümkün olmayacaq. Sülh ədalətli əsaslar üzərində qurulmalıdır. Biz strateji seçim olaraq sülhün tərəfdarıyıq" dedi.
Maliki İsrail ilə münasibətlər normallaşmadan əvvəl Fələstin xalqının öz gələcəyini təyinetmə hüququnun tanınmasının, İsrailin 1967-ci ildə işğal etdiyi torpaqlardan geri çəkilməsinin və Fələstin dövlətinin tanınmasının vacibliyini qeyd etdi
Ərəb Birliyinin Baş katibi Əhməd Əbu Qayt da: "Qüdsün gələcəyinə toxunulmasını heç bir bir müsəlman, və ya xristian ərəb qəbul etməz" dedi.
Əbu Qayt bu məsələ ilə oynamağın odla oynamaq olduğunu və bölgənin dini qarşıdurma, zorakılıq və terror girdabına sürüklənməsinə səbəb olacağına işarə etdi.
Әlaqәli Xәbәrlәr

Bağdad hava limanı raket atәşinә tutulub
Bu barәdә İraq Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.