Soçidə Suriya müxalifətini Türkiyə təmsil etdi

Rusiyanın Soçi şəhərində təşkil olunan Suriya Milli Dialoq Konqresindən Suriyanın suverenlik və ərazi bütövlüyünə bağlılıq vurğusu çıxdı.

900259
Soçidə Suriya müxalifətini Türkiyə təmsil etdi

    Konqresin yekun bəyannaməsində yazılır: "Suriya xalqı öz gələcəyinə seçki ilə qərar verməlidir. Suriya sərhədlərini qorumaq, xarici qüvvələr və terrorizmlə mübarizə davam etməlidir. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Suriya xalqı bərabərdir... Mövcud Suriya konstitusiyasında dəyişikliklər etmək üçün 150 üzvlü komitə yaradılıb. Ölkədə 7 ilə yaxındır davam edən müharibəni bitirmək üçün seçkiyə gedilməlidir.”

  Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Soçi şəhərində Suriyada tam sülhün təsis edilməsi üçün keçirilən Suriya Milli Dialoq Konqresində ən mühüm nəticənin konstitusiya komitəsinin yaradılması məsələsinin olduğunu bildirib.

  Suriya müxalifətini təmsil səlahiyyətini üzərinə götürən Türkiyə heyəti tərəfindən müxalifətlə məsləhətləşmələrlə hazırlanan 50 nəfərlik namizəd siyahısı təqdim edilib.

  Türkiyənin istəyi meydanda bütün qüvvələrin öz məsuliyyətlərini yerinə yetirməli olduğu qeyd olunub.

  Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura da 50 nəfərdən ibarət olacaq bir konstitusiya komitəsinin yaradılması fikrini qəbul edib və təminatçı ölkələr - Türkiyə, Rusiya və İranın hər birinin öz siyahısının olacağını, məsələyə baxılacağını söyləyib.



Әlaqәli Xәbәrlәr