Siyahıda adının olmamasını Putin kinayə ilə "İncidim" sözlərilə qarşıladı

Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının Kreml Hesabatını iki ölkə əlaqələrini çətinləşdirən, beynəlxalq münasibətlərə zərər verən, dostca olmayan bir sənəd kimi səciyyələndirdi.

900100
Siyahıda adının olmamasını Putin kinayə ilə "İncidim" sözlərilə qarşıladı

  Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının Kreml Hesabatını iki ölkə əlaqələrini çətinləşdirən, beynəlxalq münasibətlərə zərər verən, dostca olmayan bir sənəd kimi səciyyələndirdi.

  Siyahıda adının olmamasını Putin kinayə ilə "İncidim" sözlərilə qarşılayıb.

  ABŞ Maliyyə Nazirliyi tərəfindən hazırlanıb Konqresə təqdim olunan, Rusiya hökumət rəsmiləri, yüksək səviyyəli iş adamları və Kremlə yaxın bir çox ada sanksiya qoyulacağından bəhs edən Kreml Hesabatını Kremlin sözçüsü Dmitri Peskov da “düşməncəsinə hərəkət” adlandırıb və deyib: "Bu sənədi və başlıqları oxusanız, bütün bunların, Amerikanın düşmənlərinə qarşı durmaq üçün edildiyini görəcəksiniz. Hesabatda yer alan bütün şəxslər Vaşinqton tərəfindən düşmən elan edilib".

  D.Peskov öz adının da siyahıda olmasının "vecinə olmadığını" söyləyib.

  Rusiya müxalifət fəalı və Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu Aleksey Navalnı isə ABŞ tərəfindən hazırlanan siyahının "yaxşı siyahı" olduğunu deyib: “Bu insanların beynəlxalq səviyyədə rəsmi olaraq saxtakar və oğru kimi tanınmasına sevindim".

  Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın Baş naziri Dimitri Medvedyev, Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Kreml sözçüsü Dimitri Peskovla yanaşı, çox sayda nazir, millət vəkili, rəhbər və mal varlıqları 1 milyard dollardan artıq olan biznesmen də olmaqla 210 nəfərin adının yazıldığı Kreml Hesabatını 29 yanvarda ABŞ Konqresinə təqdim edib. Sənəddə sözügedən adlar hələ sanksiyalar siyahısına daxil edilməyib.



Әlaqәli Xәbәrlәr