Suriyanın Afrin bölgəsində daha iki kənd terrorçulardan azad olunub

Türkiyə Silahlı Qüvvələri  və   azad suriya  ordusunun  apardığı Zeytun budağı əməliyyatı çərçivəsində Afrinin qərbindəki strateji yüksəklikdə atışma zamanı çox  sayda  terrorçu zərərsizləşdirilib.

900051
Suriyanın Afrin bölgəsində daha iki kənd terrorçulardan azad olunub

Türkiyə Ordusu və Azad Suriya Ordusu Afrinin qərbindəki Süleyman Xəlil və Sati Şaği kəndləri də PYD terrorçularından azad edib.

Xatırladaq ki, yanvarın 20-də Türk Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Əməliyyatın  başladıldığı   tarixdən  bəri  18-i kənd,  5-i  strateji təpə olmaqla 23 nöqtə  terror  təşkilatlarından  azad edilib. 

Qeyd  edək  ki,  Kilis-hatay sərhəd bölgəsindəki Darmık Dağı ətrafında müəyyən olunan terror hədəflərinə qırıcılar  tərəfindən  bomba   yağdırılır. Haubitsalar  ilə   də bölgəyə  fasilələrlə  atəş edilir. 



Әlaqәli Xәbәrlәr