İdlibә endirilәn zәrbәlәr nәticәsindә 7 nәfәr ölüb, 18 nәfәr dә yaralanıb
Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa Hac Yusif mәlumat verib.

Suriyanın İdlib şәhәrinin Eriha qәsәbәsindәki bazara endirilәn zәrbәlәr nәticәsindә 7 dinc sakin hәlak olub, 18 nәfәr dә yaralanıb.
Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa Hac Yusif mәlumat verib.
‘‘Rusiyaya mәxsus qırıcılar İdlibdәki bazara zәrbәlә endirib. Hücum nәticәsindә 7 nәfәr ölüb, 18-i dә yaralanıb’’ deyә Mustafa Hac Yusif vurğulayıb.
‘‘İdlibin Serakib, Maarreti Numan, Kefrenbil və Eriha qәsәbәlәri ilә Xan es Sübül əl, Maare Şemşe, Kefer Şemşe, Zahebiyye kəndlərinә tez-tez avia zәrbәlәr endirilir’’,- deyә Mustafa Hac Yusif qeyd edib.
Bölgәdә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi, xәsarәt alanların isә xәstәxanalara çatdırıldığı bildirilib.
Qeyd edәk ki, Xan Şeyxun bölgәsinә tәşkil edilәn hücum nәticәsindә isә 5 nәfәr yaralanıb.
Әlaqәli Xәbәrlәr

Zelenski Putini görüşə dəvət edib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini Donbasda görüşə dəvət edib.