Zeytun Budağı əməliyyatı 4-cü günündə

Türk Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində terrorçulara istiqamətli başladılan Zeytun Budağı əməliyyatı davam edir.

895147
Zeytun Budağı əməliyyatı 4-cü günündə

Azad Suriya Ordusunun dəstək verdiyi TSQ qüvvələri, ötən gün strateji əhəmiyyətə malik Burseya Dağına nəzarəti ələ keçirib. Dağın digər tərəfində isə terroristlərlə qarşıdurmalar davam edir.

Ekspertlərə görə bölgənin terrorçulardan təmizlənməsi, Türkiyə sərhəd məntəqəsi ilə yanaşı Azez və ətrafındakı Suriyalı vətəndaşların təhlükəsizliyinə istiqamətli təhdidləri də azaldacaq. Məlumata görə əməliyyatın başladığı gündən 170-dən çox hədəf darmadağın edilib. 3 məntəqə isə terror təşkilatlarından təmizlənib.

 



Әlaqәli Xәbәrlәr