"ABŞ Suriyada alternativ ordu yaratmağa çalışır", S.Lavrov

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının Suriyada alternativ ordu yaratmağa çalışdığını deyib.

892568
"ABŞ Suriyada alternativ ordu yaratmağa çalışır", S.Lavrov

   Birləşmiş Millətlər Təşkilatının Baş Ofisində təşkil edilən mətbuat konfransında gündəmlə bağlı sualları cavablandıran S.Lavrov deyib: “ABŞ separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-dən ibarət olan terror ordusu qurur. Amerikanın məsələ ilə bağlı ziddiyyətli açıqlamaları narahatlıq yaradır. Suriyanın şimalında alternativ ordu formalaşdırmağa çalışan ABŞ bununla Suriyanın ərazi bütövlüyü məsələsində bura qədər verdiyi sözlərə xilaf çıxır."



Әlaqәli Xәbәrlәr