Rusiya hərbi qüvvələri Afrindən çıxır

Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin ərazilərindəki terror təşkilatı PYD / PKK hədəflərinə istiqamətli əməliyyat hazırlıqlarında sona çatılarkən, Rusiya da bölgədən əsqərlərini çıxırır.

892383
Rusiya hərbi qüvvələri Afrindən çıxır

Anadolu Agentliyinin məlumatına görə Kefer Cenne kəndinin yaxınlığında yerləşən Rus hərbi qüvvə bölgədən ayrılmağa başlayıb.

Afrini tərk edən Rus hərbi qüvvələr, Bəşər Əsəd rejiminin nəzarətində olan Nubul və Zəhra yaşayış yerlərinə yerləşir.

Baş qərargah rəisi General Hulusi Akar, Milli kəşfiyyat idarəsi rəhbəri Hakan Fidan ilə Rusiya Federasiyası Baş Qərargah rəisi Valeri Gerasimovla görüşüb.

Danışıqlar zamanı regional təhlükəsizlik məsələləri, Suriyada cərəyan edən proseslər və Astana / Cenevrə prosesi müzakirə olunub.



Әlaqәli Xәbәrlәr