“Bəzi qərb ölkələr terroristlərin kimyəvi silah əldə etmələrinə biganə qalırlar”: S.Lavrov

Rusiya Xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasındaki çıxışında:

891855
“Bəzi qərb ölkələr terroristlərin kimyəvi silah əldə etmələrinə biganə qalırlar”: S.Lavrov

Yaxın şərq bölgəsində xüsusiylə də Suriya və İraqda artmaqda olan kimyəvi terrorizm təhdidinə toxunan Rus nazir terrorçuların artıq kütləvi şəkildə kimyəvi silah istehsalının texnologiyasını öyrəndiklərini ifadə edərək: “Terrorçular indi kimyəvi silahların tətbiqi ilə kifayətlənmir. Onlar eyni zamanda bu kimi silahların hazırlanması və sintezi üçün istifadə edilən texnologiyanı mənimsəyiblər”.

Bəzi qərb ölkələrinin Suriya və İraqdakı terroristərin kimyəvi silahları emal və istifadə etmələrinə biganə qaldıqlarına diqqət çəkən Lavrov: "Son 3 il ərzində BMT təhlükəsizlik şurası Suriya və İraqda törədilən kimyəvi terror hadisələrini qınama qərarı ya da BMT təhlükəsizlik şurası rəhbərinin bununla əlaqəli bəyanatını mənimsənməsini dəfələrlə təklif etdik. Ancaq bu təklifimiz hər dəfəsində bəzi qərbli siyasətçilər tərəfindən rədd edildi”.

Lavrovun sözlərinə görə Yaxın Şərqdəki silahlılar arasında kimyəvi silah dan istifadə edilməsini öyrədən bir çox əcnəbi var.

 

 

 



Әlaqәli Xәbәrlәr