Avropa İttifaqı Suriyanın yenidən inşasına kömək etməyə hazırdır

Bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini Suriya müxalifətinin yaratdığı Ali Müzakirə Komitəsinin sədri Nasir Hariri ilə görüşündə bildirdi.

889092
Avropa İttifaqı Suriyanın yenidən inşasına kömək etməyə hazırdır

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini Suriya müxalifətinin yaratdığı Ali Müzakirə Komitəsinin sədri Nasir Hariri ilə görüşdü.

Mogherinin ofisindən verilən açıqlamaya görə, görüşdə Aİ-nin BMT-nin rəhbərliyi ilə başladılan Suriya sülh prosesinə tam dəstəyi bir daha təkrarlanıb.

Görüşdə tərəflər BMT-nin 2254 saylı qərarına əsasən Suriyada siyasi həll prosesinə  təcili və sürətli şəkildə keçilməsi ilə əlaqədar fikir birliyi nümayiş etdiriblər.

Mogherini ötən günlərdə Ali Müzakirə Komitəsinin Cenevrə danışıqlarının son mərhələsindəki konstruktiv mövqeyindən danışıb, əhatəli siyasi prosesin Suriyanın  gələcəkdəki birliyini müəyyən edəcəyini bildirib.

Mogherini Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının Müzakirə Heyətinin üzvü, yazıçı Munir Dərvişin vəfatı münasibətilə başsağlığı verib, Avropa İttifaqının Suriyanın yenidən inşasına kömək etməyə hazır olduğunu vurğulayıb.

 

 



Әlaqәli Xәbәrlәr