"Şərqi Qutaya edilən hücumlara təcili son qoyulsun"

Mülki Müdafiə (Ağ dəbilqəlilər) qrupları Bəşər Əsəd rejiminin mühasirədə saxladığı Şərqi Qutaya edilən hücumlara təcili son qoyulması və dinc vətəndaşların qorunması üçün çağırış etdi.

888128
"Şərqi Qutaya edilən hücumlara təcili son qoyulsun"

Suriyada minlərlə vətəndaşın həyatını xilas edən Mülki Müdafiə (Ağ dəbilqəlilər) qrupları Bəşər Əsəd rejiminin mühasirədə saxladığı Şərqi Qutaya edilən hücumlara təcili son qoyulması və dinc vətəndaşların qorunması üçün çağırış edib.

Mülki Müdafiə qrupları sosial şəbəkə vasitəsilə yaydığı açıqlamada Suriyada və beynəlxalq sahədə çalışan insan hüquqları təşkilatları ilə qeyri-hökumət təşkilatlarının Şərqi Qutada dinc vətəndaşları hədəf götürən hücumların qarşısının alınması üçün hərəkətə keçməsinin vacibliyini bildirib.

Açıqlamada dinc sakinlərin qorunması, mühasirə altındakı Şərqi Qutaya humanitar yardımların çatdırılması və xəstələrin ehtiyac duyduğu təcili tibbi yardımlarının edilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Rejim və onun tərəfdarlarının hücumları barədə məlumatın yer tutduğu açıqlamada bildirilib ki, Suriya rejimi vətəndaşların qarşıdurma bölgələrindən kənarda tutulmasına dair imzaladığı bütün razılaşmalara baxmayaraq mühasirədəki Şərqi Quta xalqına qarşı hərbi əməliyyatlarını davam etdirir. Rejim tərəfdarı media da yalan xəbərlər yayaraq, dinc vətəndaşların döyüş bölgəsindən çıxarıldığını bildirir.

Rusiyanın hava dəstəyini götürən rejim qüvvələri və ona dəstək olanların son 16 gündür şiddətli şəkildə Şərqi Qutaya hücum etdiyi bildirilən açıqlamada Şərqi Quta gərginliyi azaltma bölgəsindəki qəsəbə və digər yaşayış məntəqələrində həmin günlərdə 645 ədəd qurudan quruya bomba atıldığı, rejim qüvvələrinin də dinc əhalinin yaşadığı yaşayış məntəqələrini 3 min 31 topçu və 695 hava hücumu ilə vurduğu qeyd olunub.

Açıqlamada rejim və ona dəstək olanların Şərqi Qutaya hava və qurudan son 16 gündə etdiyi hücumlarda 51-i uşaq, 34-ü qadın olmaqla 177 vətəndaşın həyatını itirdiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr