"Suriya rejimi İdlibdə sülhün yaranmasına mane olur"

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani İdlibdə hücumların davam etdiyini, terror qrupları ilə mübarizə adı arxasında dinc sakinlərin və müxaliflərin öldürüldüyünü qeyd edib.

885762
"Suriya rejimi İdlibdə sülhün yaranmasına mane olur"

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani Suriya rejiminin İdlibdə gərginliyi azaltma bölgəsinə istiqamətli hücumlarının Suriya böhranına dair siyasi həll yollarına mane olmağı məqsəd götürdüyünü bildirib.

Al Sani özünün “twitter” səhifəsində İdlibdə hücumların davam etdiyini, terror qrupları ilə mübarizə adı arxasında dinc sakinlərin və müxaliflərin öldürüldüyünü qeyd edib.

Suriyalı mülki müdafiə təşkilatı “Ağ dəbilqəlilər”in məlumatına görə, İdlib şəhərində son üç həftədir davam edən şiddətli hava hücumlarında 70 dinc vətəndaş həyatını itirib, 185 nəfər isə yaralanıb.

Suriyanın şimalında Türkiyə ilə sərhəd məntəqəsində yerləşən İdlib vilayəti 4-5 may 2017-ci il tarixində Astana danışıqlarında gərginliyi azaltma bölgəsi elan edilmişdi. Ancaq rejim qüvvələri və zaman-zaman Rusiyanın pozuntuları davam etmişdi.



Әlaqәli Xәbәrlәr