Şǝrqi Qutada son 10 gündǝ 85 dinc sakin öldürülüb

Bu barǝdǝ BMT mǝlumat verib.

885714
Şǝrqi Qutada son 10 gündǝ 85 dinc sakin öldürülüb

Birlǝşmiş Millǝtlǝr Tǝşkilatı Şǝrqi Quta bölgǝsindǝ son 10 gün ǝrzindǝ 85 dinc sakinin öldürüldüyünü açıqlayıb.

BMT rejim qüvvǝlǝri ilǝ müttǝfiqlǝrinin mülki vǝtǝndaşlara qarşı hücumlarını qınayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Raad Əl Hüseyin verdiyi açıqlamada bildirib ki: ‘‘Şǝrqi Qutada 2017-ci il dekabrın 31-dǝn bu günǝdǝk 21-i uşaq, 30-u da qadın olmaqla 85 dinc sakin öldürülüb, 183 nǝfǝr isǝ xǝsarǝt alıb.  Hǝyata keçirilǝn hücumlar nǝticǝsindǝ azı 2 xǝstǝxana dağıdılıb.’’

Zeyd Raad Əl Hüseyin rejim qüvvǝlǝri ilǝ müttǝfiqlǝrinin dinc sakinlǝrǝ qarşı olan hücumlarını pislǝyib.

O, hǝmçinin  vǝziyyǝti ağır olan yaralıların bölgǝdǝn evakuasiya edilǝ bilmǝdiyini  vurğulayıb.



Әlaqәli Xәbәrlәr