Suriyalı müxalifət Əsədə təzyiq üçün BMT-yə çağırış etdi

Suriyalı müxalifətin yaratdığı Müzakirə Yüksək Komitəsi (MYK) heyəti New Yorkda BMT katibi Antonio Quterreş ilə görüş keçirib.

884771
Suriyalı müxalifət Əsədə təzyiq üçün BMT-yə çağırış etdi

Suriyalı müxalifətin yaratdığı Müzakirə Yüksək Komitəsi (MYK) heyəti New Yorkda BMT katibi Antonio Quterreş ilə görüş keçirib. Görüşdə İsveçrənin Cenevrə şəhərindəki siyasi keçid müzakirələri üçün Bəşər Əsəd rejiminə təzyiq edilməsinin vacibliyi dilə gətirilib.

MYK-nın açıqlamasında Nasir Hariri başçılığındakı heyətin dünən BMT Baş katibi Quterreş ilə bir araya gəldiyi bildirilib.

Açıqlamaya əsasən MYK-nın sözçülərindən Yahya Aridi deyib ki, MYK rejimin Cenevrədə müzakirələrə qatılması üçün beynəlxalq təzyiq barədə çağırışı etdi. Heyət Rusiyanın planlaşdırdığı Soçi konfransında bunun olmayacağını dəqiq şəkildə ortaya qoydu.

Açıqlamada Aridinin "Soçi prosesi Cenevrə danışıqlarının və Cenevrə Bəyannaməsi və BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qərarında ortaya qoyulan keçid hədəfinin əhəmiyyətini azaltma riski daşıyır." ifadələri də yer alıb.

"Bir siyasi proses var. Bu Cenevrə prosesidir. Və rejim müzakirə etməyi rədd etdiyi üçün işləmir. Paralel bir proses bu gerçəyi dəyişməməli və əslində rejimi və onun hərbi strategiyaya bağlığını cəsarətləndirmə riski daşıyır."-deyə Ardi bildirib.

Cenevrə danışıqlarının 8-ci turu 28 noyabr-14 dekabr tarixlərində keçirildi və uğursuzluqla nəticələndi.



Әlaqәli Xәbәrlәr