İdlibdə ardıcıl 4 partlayış nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb
Bu barədə ağ dəbilqəlilər təşkilatının rəsmisi Mustafa Hac Yusif məlumat verib.
884152

Suriyanın İdlib şəhərində ardıcıl 4 partlayış nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.
Məlumata görə, hadisə nəticəsində 100-dən çox insan xəsarət alıb.
Bu barədə ağ dəbilqəlilər təşkilatının rəsmisi Mustafa Hac Yusif məlumat verib. O, partlayışlar nəticəsində 15 binanın da dağıldığını bildirib.
Qeyd edək ki, partlayış nəticəsində xəsarət alanlar ətrafdakı xəstəxanalara yerləşdirilib.
Səlahiyyətlilər partlayışın bomba yüklü avtomobillərlə həyata keçirildiyini bildirir.
Әlaqәli Xәbәrlәr

Suriyanın Haseke şəhərində 5,2 bal gücündə zəlzələ baş verib
5,2 bal gücündə zəlzələ Türkiyənin Cənub-Şərqi Anadoludakı vilayətlərində də hiss edilib.