Tehranda bələdiyyə mitinqlərə yer ayırmaq üçün tapşırıq verdi

Tehran Şəhər Məclisi sözçüsü Əli Atanın mətbuata verdiyi məlumata görə, xalqın konstitusiya haqlarını təmin etmək üçün bələdiyyə bir ay içində mitinqlərə uyğun bir yer təsis edəcək.

883704
Tehranda bələdiyyə mitinqlərə yer ayırmaq üçün tapşırıq verdi

  İranın paytaxtı Tehranda bələdiyyə mitinqlər üçün yer ayırmaq üçün tapşırıq verib.

  İranlı Tələbələr İnformasiya Agentliyinin (İSNA) xəbər verir ki, Tehran Şəhər Məclisi sözçüsü Əli Atanın mətbuata verdiyi məlumata görə, xalqın konstitusiya haqlarını təmin etmək üçün bələdiyyə bir ay içində mitinqlərə uyğun bir yer təsis edəcək.  

  Mitinqlər üçün yer ayırma təklifi 17 Məclis üzvü tərəfindən Tehran Şəhər Məclisi Rəhbərliyinə təqdim edilib.  

 Ə.Atanın sözlərinə görə, “Bu təklif İran Konstitusiyasının 27-ci maddəsinə, silahsız və dövlət quruluşuna təhlükə yaratmayan mitinqlərə icazə verilməsi əsasına söykənərək şəhər məclisinin gündəminə gəlib".  



Әlaqәli Xәbәrlәr