Şimali Kıbrısda parlament seçkiləri keçirildi

Şimali Kıbrıs  Türk Cümhuriyyətində keçirilən növbədənkənar parlament seçkilərində baş nazir Hüseyn Özgürgünün rəhbərlik etdiyi Milli Birlik Partiyası (UBP) qalib gəlib.

883479

Rəsmi olmayan nəticələrə görə, Milli Birlik Partiyası (UBP) səslərin 36,05 %-i  toplayaraq zəfər qazanıb.

Məlumata görə, seçkilərdə  Çümhuriyyətçi Türk Partiyası (ÇTP) 20,8%, Xalqın Partiyası  (HP) 16. 74 %, Demokrat Partiyası (DP) 8,06%, Toplumçu (Plüralist) Demokratiya Partiyası (TDP) 7,99%,  Yeni Şəfəq Partiyası (YDP)  isə 7,45 % səs toplayıb.

Seçki nəticələrini qiymətləndirən baş nazir  Özgürgün bildirib ki: ‘‘ Partiyamıza verdikləri dəstəyə görə Türk xalqına təşəkkür edirəm. Seçki kampaniyalarında dediyimiz kimi bizim məqsədimiz xalqımıza xidmətdir.’’

Әlaqәli Xәbәrlәr