Bəşər Əsəd rejiminin hücumu nəticəsində biri uşaq olmaqla 18 nəfər həlak oldu

Bu barədə ağ dəbilqəlilər təşkilatından verilən məlumatda bildirilib.

883429
Bəşər Əsəd rejiminin hücumu nəticəsində biri uşaq olmaqla 18 nəfər həlak oldu

Bəşər  Əsəd rejiminin Şərqi Quta bölgəsinə endirdiyi zərbələr nəticəsində 18 nəfər həlak olub.

Bu barədə ağ dəbilqəlilər təşkilatından verilən məlumatda bildirilib.

Məlumatda Bəşər  Əsəd rejiminə sadiq qoşunların Hamuriyyə, Medyer, Arbin və Arfad bölgələrinə endirdiyi zərbələr nəticəsində biri uşaq olmaqla 18 nəfərin həlak olduğu bildirilir.

Bölgədə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi qeyd olunub.

Hücumlar nəticəsində xəsarət alan dinc sakinlərin ətrafdakı xəstəxanalara çatdırıldığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr