BMT: İranlıların sülhməqsədli toplanma haqqına və söz azadlığına hörmət edilməlidir

BMT İranda davam edən etiraz aksiyaları ilə əlaqəli açıqlama yaydı.

880505
BMT: İranlıların sülhməqsədli toplanma haqqına və söz azadlığına hörmət edilməlidir

BMT İranda davam edən etiraz aksiyaları ilə əlaqəli açıqlama yaydı.

BMT baş katibinin sözçülərindən  Farhan Haq gündəlik mətbuat brifinqində baş katib Antonio Quterreşin İrandakı etaraz aksiyalarını yaxından izlədiyini və İran hökuməti yaxud da başqaları ilə əlaqə saxlanılması məsələsini dəyərləndirdiyini söyləyib.

BMT-nin nə cür əlaqənin “faydalı” olacağını müzakirə etdiyini və daha çox zorakılıq hadisələrinin yaşanmamasına ümid etdiklərini bildirən Haq deyib ki, BMT iranlıların sülhməqsədli toplanma haqqına və söz azadlığına hörmətlə yanaşılmasını gözləyir.

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd şəhərində bir qrup aksiyaçının ölkədəki qiymət artımına, işsizliyə etirazı ilə başlayan aksiyalar Tehran, Məşhəd, Kirmanşah, Sənəndəç, Zencan, Şiraz, Qum,  Ahvaz, Zahidan, Ərak və Hurrəm Abad kimi müxtəlif şəhərlərində İsfahan, Rəşt və digər şəhərlərinə yayıldı. Ölkə miqyasındakı hadisələrdə indiyədək ən az 23 nəfərin həyatını itirdiyi, 500-dən çox adamın da həbs edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr