Əsəd rejimi 2017-ci ildə 10 mindən çox dinc sakini qətlə yetirdi

Ötən il Suriyada işgəncələr, döyüşlər və hücumlar nəticəsində 10204 dinc sakin həlak olub.

879769
Əsəd rejimi 2017-ci ildə 10 mindən çox dinc sakini qətlə yetirdi

Ötən il Suriyada işgəncələr, döyüşlər və hücumlar nəticəsində 10204 dinc sakin həlak olub.

Suriyanın Hüquq Müdafiə Təşkilatının (SNHR) məruzəsində bildirilir ki, ölənlərdən 2298-i uşaqlar, 1536 nəfəri qadınlardır.

Ötən il 4148 dinc sakin Bəşər Əsəd rejiminin qurbanı olub. Onlardan 591 nəfəri qadınlar, 754-ü uşaqlardır. Daha 316 dinc sakin terror təşkilatı PKK-nın Suriya qolu olan PYD-nin qurbanlarına çevrilib. Onlar arasında 54 qadın, 58 uşaq da var.

Məruzədə qeyd edilir ki, 2017-ci ildə DEAŞ-ın zorakılıqları nəticəsində 1421 dinc sakin həlak olub. Onlardan 148-i qadınlar, 281 nəfəri uşaqlardır.

Hərbi müxalifət və rejim əleyhinə qrupların rejimlə toqquşmaları nəticəsində isə 47-si uşaq, 30-u qadın 211 dinc sakin həlak olub. 

Məruzədə həmçinin şəxsiyyəti naməlum olan tərəflərin 198-i uşaq, 97-si qadın 913 mülkini öldürdüyü bildirilib. 

Ölənlərin ümumilikdə Dəməşq ərazilərində olduğu vurğulanıb.

2017-ci ildə 211 -i rejim tərəfindən olmaqla 232 dinc sakin işgəncə edilərək həyatını itirib. 



Әlaqәli Xәbәrlәr