Rusiya İrana xarici müdaxilənin qəbuledilməz olduğunu bildirdi

Rusiya Xarici İşlər Nazirliyi İrandakı etiraz aksiyalarının zorakılıq və qan axıdılaraq şiddətləndirilməməsinə ümid etdiyini bildirdi.

879833
Rusiya İrana xarici müdaxilənin qəbuledilməz olduğunu bildirdi

İrandakı etiraz aksiyalarının zorakılıq və qan axıdılaraq şiddətləndirilməməsinə ümid etdiyini bildirən Rusiya Xarici İşlər Nazirliyi ölkəyə xarici müdaxilənin qəbul edilə bilməyəcəyini vurğulayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, İranda 5 gündür davam edən etiraz aksiyaları ölkənin daxili məsələsidir. Hadisələrin zorakılıq və qan axıdılaraq şiddətləndirilməməsinə ümid edilir. Ölkədəki vəziyyəti sabitsizləşdirə biləcək xarici müdaxilələr qəbul edilə bilməz.

İranda ötən həftə cümə axşamı günü müxtəlif şəhərlərdə qiymət artımına narhatlığın dilə gətirilməsi ilə başladılan, ancaq gədərək rejim əleyhinə xüsusiyyət qazanan aksiyalar nəticəsində ölənlərin sayının 10-dan artıq olduğu açıqlanmışdı.



Әlaqәli Xәbәrlәr