İranda gecə saatlarında baş verən hadisələrdə 9 nəfər həlak olub

Cümə axşamı günündən bəridir ölənlərin sayı 26 nəfərə çatıb.

880078
İranda gecə saatlarında baş verən hadisələrdə 9 nəfər həlak olub

İranda gecə saatlarında baş verən hadisələrdə 9 nəfər həlak olub.

Cümə axşamı günündən bəridir ölənlərin sayı 26 nəfərə çatıb.

İran dövlət televiziyası bildirir ki, nümayişçilər silah almağa cəhd etdikləri Kahdarican qəsəbəsində polis bölməsinə hücum ediblər.

Yaranan toqquşmada 6 nümayişçi ölüb.

Nəcəfabad şəhərində bir polis işçisinin,  Hürmenşehrdə isə 11 yaşlı bir uşaq ilə 20 yaşlı bir gəncin həyatını etirdiyi bildirilib.

Ölkə miqyasında təxminən 400 adam nəzarətə alınıb.

Prezident Həsən Ruhani resmi internet səhifəsində etirazçılara təhlükəsizlik qüvvələrinin əvəzinə birbaşa dinc sakinlərin cavab verməsi üçün çağırış edib.  

Ruhani "Tənqid və etiraz təhdid deyil, fürsətdir. Xalq qarətçilərə və qanunları pozanlara cavab verəcək. Millətimiz qanuna və insanların istəklərinə zidd olan şüarlar səsləndirən və inqilabın müqəddəslərini və dəyərlərini təhqir edən bu azlıqlara cavab verəcəkdir” ifadələrini işlədib.

İrana yayılmış etiraz aksiyaları cümə axşamı günü Məşhəddə bir qrupun bir araya gələrək iqtisadi vəziyyətə etirazı ilə başladı.



Әlaqәli Xәbәrlәr