İranda davam edən etiraz aksiyaları

İranın İsfahan əyalətinə bağlı Nəcəf Abad şəhərində rejim əleyhinə nümayişlər keçirən aksiyaçıların polisə atəş etmələri nəticəsində bir polis ölüb, 3 polis isə yaralanıb.

879797
İranda davam edən etiraz aksiyaları
iran protestolar.jpg
iran.jpg

İranın İsfahan əyalətinə bağlı Nəcəf Abad şəhərində rejim əleyhinə nümayişlər keçirən aksiyaçıların polisə atəş etmələri nəticəsində bir polis ölüb, 3 polis isə yaralanıb.

İran Radio və Televiziya Qurumunun tərkibindəki Gənc Jurnalistlər Cəmiyyəti xəbər agentliyinin (YJC) məlumatına görə,  Nəcəf Abad şəhərində bir nümayişçinin ov tüfəngilə təhlükəsizlik qüvvələrinə atəş etməsi nəticəsində 4 polis əməkdaşı yaralanıb. Yaralı polislərdən biri daha sonra həyatını itirib.

İranın Məşhəd şəhərində ötən cümə axşamı günü heç bir siyasi partiyanın çağırışı olmadan toplaşan qrup ölkədəki iqtisadi vəziyyətə etiraz etmək məqsədilə nümayişlər keçirməyə başladı. Nümayişlər rejim əleyhinə etiraz aksiyalarına çevrilərək müxtəlif şəhərlərdə davam ədir.

Bu arada mühafizəkarlara yaxınlığı ilə tanınmış “Reca News” xəbər saytının məlumatına görə, Nəcəb Abaddakı etiraz aksiyalarında inqilab keşikçilərindən də, nümayişçilərdən də 2 nəfər olmaqla cəmi 4 nəfər həyatını itirib.

İrandan xəbər yayan sayt “Asriran” isə İrandakı rejim əleyhinə nümayişlərdə İsfahan vilayətinə bağlı Kehderican qəsəbəsinin icra başçılığına məxsus binaya hücum edən aksiyaçılardan 5-nin öldürüldüyünü bildirib.



Әlaqәli Xәbәrlәr