Əsəd qüvvələri Bukemal əməliyyatında 411 dinc vətəndaşı qətlə yetirdi

Əsəd rejiminin Suriyanın Bukemal qəsəbəsinə istiqamətli sentyabr ayında həyata keçirdiyi əməliyyatlarda yüzlərlə dinc vətəndaş həyatını itirdi.

878625
Əsəd qüvvələri Bukemal əməliyyatında 411 dinc vətəndaşı qətlə yetirdi

Əsəd rejiminin Suriyanın Bukemal qəsəbəsinə istiqamətli sentyabr ayında həyata keçirdiyi əməliyyatlarda yüzlərlə dinc vətəndaş həyatını itirdi.

Bu, Suriya İnsan Haqları Şəbəkəsinin yaydığı hesabatda bildirilib.

Hesabatda Bəşər Əsəd rejiminin Rusiya və İranın dəstəyilə İraq sərhəd məntəqəsindəki Deyrizor vilayətinin Bukemal qəsəbəsinin terror təşkilatı DEAŞ-dan geri qaytarılması üçün keçirdiyi əməliyyatlarda 411 dinc vətəndaşın qətlə yetirildiyi açıqlanıb.

Əməliyyatlar nəticəsində 200 minə yaxın vətəndaş isə ev-eşiyindən edilib.

Həyatını itirən dinc vətəndaşlardan 124-ü uşaq

Hesabatda Rusiyanın hava dəstəyilə DEAŞ-a qarşı keçirilən əməliyyatlarda həyatını itirən dinc vətəndaşlardan 124-nün uşaq, 83-nün qadın olduğu bildirilib.

İranın dəstəklədiyi Haşdi Şabi milislərinin isə qurudan dəstəklədiyi əməliyyatlarda dinc vətəndaşlardan ölənlərlə yanaşı 20-dən artıq yaşayış mərkəzi də təxrib edilib.

Dinc vətəndaşlardan ölənlərin 168-i Əsəd rejimi və Haşdi Şabi milisləri tərəfindən qətlə yerilib, 243 dinc vətəndaş isə Rusiyanın hava hücumları nəticəsində ölüb. Hesabatda həmçinin Bukemal qəsəbəsinə istiqamətli əməliyyatlar nəticəsində qəsəbə əhalisinin 66 faizinin evlərini tərk etmək məcburiyyətində qaldığına dair məlumat yer tutub.

Qeyd edək ki, Əsəd rejimi 2014-cü ilin iyul ayında DEAŞ-ın nəzarətinə keçən Deyrizor və Bukemal qəsəbəsini noyabr ayında Rusiya və İranın dəstəyilə ələ keçirdiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr