“Bahalıq bəhanə edilərək keçirilən nümayişlərin arxasında başqa səbəblər var”, İ.Cahangiri

İranın Məşhəd və Kaşmer  şəhərlərindən sonra rejim və prezident Həsən Ruhani rəhbərliyinin əleyhinə keçirilən nümayişlər Kirmanşahda davam edib.

878649
“Bahalıq bəhanə edilərək keçirilən nümayişlərin arxasında başqa səbəblər var”, İ.Cahangiri

İranın Məşhəd və Kaşmer  şəhərlərindən sonra rejim və prezident Həsən Ruhani rəhbərliyinin əleyhinə keçirilən nümayişlər Kirmanşahda davam edib.

Kirmanşah şəhərində bahalığa etirazlarını bildirən nümayişçilərə polis müdaxilə edib.

Sosial şəbəkədə yer tutan kadrlarda etiraz nümayişlərində xeyli sayda adamın iştirak etdiyi görünür.

Ölkənin xarici siyasəti, rejim və prezident Ruhani hökuməti əleyhinə “Nə Qəzza, nə Livan canım sənə fəda olsun”, “Diktatora ölüm” və “Millət yoxsulluqda vurnuxur” kimi şüarlar səsləndirən nümayişçilər polisin sərt müdaxiləsinə məruz qalıb.

Paytaxt Tehranda 25-ci Tibb Həkimləri Konfransında çıxış edən prezidentin I müavini İshaq Cahangiri bahalığı bəhanə edərək etiraz nümayişlərinin keçirilməsinin arxasında başqa səbəblərin olduğunu deyib.

Cahangiri bildirib ki, etiraz nümayişlərini başladanlar, onun qarşısını alanlar olmayacaq. Ordan çıxan duman öz gözlərini də yandıracaqdır.

Tehran Bələdiyyəsi Polis İdarəsi sədrinin müavini Möhsin Nesic Həmadini də etirazçıların səsləndirdiyi şüarların ölkəyə düşmən olanların işinə yarayacağını irəli sürərək, bu məqsədlə keçiriləcək nümayişlərin qarşısının qətiyyətli şəkildə alınacağını açıqlayıb.

Bahalığı irəli sürərək keçirilən nümayişlərin İranın başqa şəhərlərinə də yayıldığı bildirilir.

İranda son günlərdə keçirilən rejim əleyhinə nümayişlərin müxalifətin lideri Mir Hüseyn Musəvini dəstəkləmək məqsədilə keçirildiyi iddia edilən 2009-cu ildəki nümayişlərin ildönümündə keçirilməsi diqqət çəkir.



Әlaqәli Xәbәrlәr