Suriya mövzulu 8-ci Astana danışıqları davam edir

Qazaxıstanın paytaxtı Astanada 8-ci dəfə keçirilən Suriya danışıqlarında Rusiya nümayəndə heyətini təmsil edən Aleksanr Lavrentiev məhbusların azad olunması ilə bağlı danışıqların davam etdiyini bildrdi.

873580
Suriya mövzulu 8-ci Astana danışıqları davam edir

Qazaxıstanın paytaxtı Astanada 8-ci dəfə keçirilən Suriya danışıqlarında Rusiya nümayəndə heyətini təmsil edən Aleksanr Lavrentiev danışıqların ilk günü mətbuat konfransı keçirdi.
 
 Soçidə keçiriləcək Milli Dialoq Konqresinin tarixinin bu gün keçiriləcək iclasda elan ediləcəyini qeyd edən Lavrentiev  Konqresin Cenevrədə BMT nəzarətindəki danışıqları dəstəkləyici mahiyyət daşıyacağını bildirdi.
 
 Lavrentiev zəmanətçi ölkələrin Soçidən əvvəl bir dəfə də Astanada, və ya başqa bir yerdə bir araya gələcəklərini qeyd etdi.
 
Rusiya təmsilçisi məhbusların sərbəst buraxılması məsələsinin müzakirələrinin davam etdiyini söyləyərək: "işçi qrupu yaradıldıqdan sonra bu proses daha sürətlə irəliləyəcək" dedi.
 
 Rusiyalı diplomat  Amerika Birləşmiş Ştatlarının Suriyadakı hərbi mövcudluğunu tənqid edərək, bu vəziyyəti "hədsiz və qeyri-qanuni" olaraq xarakterizə etdi.
 
 Toplantının ilk günündə Türkiyə, Rusiya və İran nümayəndə heyətləri ikitərəfli və üçtərəfli görüşlər keçirdilər.
 
 Rusiya və İranın Suriya rejiminin nümayəndə heyəti ilə də ayrı-ayrılıqda görüşləri oldu.

Suriya müxalifəti də BMT rəsmiləri ilə bir araya gəldi.



Әlaqәli Xәbәrlәr