2017-ci ilin ən böyük tibbi ləvazimat yardımı

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, 2017-ci ilin ən böyük dava-dərman və tibbi avadanlıqdan ibarət yardım Yəmənə çatdırılıb.

872881
2017-ci ilin ən böyük tibbi ləvazimat yardımı

Ümumdünya Səhiyyə Təşkilatının Yəmən ofisinin sosial media hesabına əks edən məlumata görə 70 tondan çox tibbi avadanlıq, dava-dərmandan ibarət yardımı daşıyan təyyarə Sana Hava Limanına çatıb.

ÜST-nın Yəmən üzrə nümayəndəsi Yeva Nevia Zaqaria da, bunun 2017-ci ildə reallaşdırılan ən böyük yardım olduğuna diqqət çəkib. Zaqarianın sözlərinə görə, Hudeyd limanındakı məhdudiyyətlərə görə yardımların təyyərə ilə daşınması xərcləri 5 dəfə artırır.

 



Әlaqәli Xәbәrlәr