Baş nazir Netanyahu əleyhdarı aksiyalar artaraq davam edir

İsraildə, korropsiya cinayəti ilə ittiham edildiyi üçün polisə yeddi dəfə ifadə verən Baş nazir Binyamin Netanyahunun əleyhinə kütləvi nümayişlər davam edir.

870249
Baş nazir Netanyahu əleyhdarı aksiyalar artaraq davam edir

Dünən ölkədə minlərlə aksiyaçı, haqqında korrupsiya ilə bağlı istintaq başladılan Netanyahu əleyhində etiraz nümayişi keçirib.

Tel-Əvivdə, Rotschild Bulvarda toplanan nümayişçilər, Netanyahu əleyhdarı şüarlar səsləndirərək Habima Meydanına qədər yeriyərək onun saxlanmasını tələb ediblər

Qeyd edək ki, Netanyahu “iş adamlarından rüşvət almaq, bir mediadan lehinə xəbərlər nəşr etməsini istəmək, Almaniyadan sualtıların satın alınmasında yaşanan korropsiyaya qarışmaq kimi cinayǝtlǝrlǝ ittiham edilir.

Netanyahunun həyat yoldaşı Sara Netanyahu da başladılan  korropsiya istintaqı çərçivəsində ifadə vermişdi.

Haqqında irəli sürülən iddiaları qəbul etməyən Baş nazir Binyamin Netanyahu, ölkədəki bəzi media quruluşlarını "liderliyini etdiyi Likud Partiyası iqtidarına zərbə endirməyə cəht etməkdə ittiham edir.



Әlaqәli Xәbәrlәr