"Bütün Müsəlman ölkələr ilə əməkdaşlığa hazırıq"

İran prezidenti Həsən Ruhani İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxış edib.

867718
"Bütün Müsəlman ölkələr ilə əməkdaşlığa hazırıq"

 H. Ruhani bildirib ki, bəzi ölkələrin sionist rejimlə əlaqələr qurması, hətta məsləhətləşmə və əlaqələndirmə səyləri belə bir qərara səbəb olub.

 ABŞ-ın heç vaxt dürüst vasitəçi olmadığını və heç vaxt olmayacağını vurğulayan H. Ruhaninin sözlərinə görə, ABŞ-ın bu hərəkəti sayəsində Fələstin probleminin həllində Vaşinqtonun müsbət rol oynayacağına ümid edən insanlara bir daha aydın olub ki, ABŞ sionist rejiminin maraqlarını maksimum təmin etməyə çalışır və fələstinlilərin hüquqi tələblərinə hörmət etmir: “Bu gün yəhudilərin ən böyük düşməninin müsəlman və ərəblərin deyil, təhlükəli sionizm layihəsinin olduğu sirr deyil. Biz müsəlmanlar, xristianlar və yəhudilər bu regionun tarixi sahibləriyik. Sionistlər isə burada yaddırlar və özlərini bu bölgədə qəbul etdiriblər”.



Әlaqәli Xәbәrlәr