“Sülhün bərpası uğrunda atılası bütün addımlara dəstək verəcəyik”

Suriyalı müxaliflər tərəfindən yaradılan ‘Müzakirə Yüksək Komitəsi’nin sözcüsü Yəhya Aridi, Rusiya Dövlət Başçısı Vladimir Putinin, Rus qoşunlarının Suriyadan çıxarılması əmrinə münasibət bildirib.

866411
“Sülhün bərpası uğrunda atılası bütün addımlara dəstək verəcəyik”

Suriyada sülhün bərpasına töhfə verəcək addımlara dəstək verəcəklərini ifadə edən sözcü Aridi, Bəşər Əsəd rejiminin Şərqi Guta mühasirəsinə diqqət çəkib və paytaxt Dəmeşqə 10 kilometr məsafədəki uşaqlara təcili humanitar yardım çatdırılması haqqında çağırış verib.

Aridi, Bir Rus jurnalistin, Rusiya Dövlət Başçısı Vladimir Putinin, Rus qoşunlarının Suriyadan çıxarılmaları əmri ilə əlaqəli ünvanladığı suala cavabən: “Xalqımız evlərinə geri qayıda bilmək üçün Suriyada təhlükəsizlik bərpa  olmalı. Ölkədə sülhün  hökm  sürməsi uğrunda addımlar atılmasını istəyirik. Bu addımlar xüsusilə silahlı qrupların yaratdıqları xaos və törətdikləri cinayətlərin qarşısını almalıdır. Bu istiqamətdə atılası bütün addımlara dəstək verəcəyik” deyib.

Rus Lider Vladimir Putin, dünən reallaşdırdığı Suriya səfəri zamanı, bu ölkədəki Rus qoşunlarının çıxarılması əmrini vermişdi.



Әlaqәli Xәbәrlәr