Qətər ilə Fransa arasında 6.6 milyard dəyərində müqavilə imzalandı

İki ölkə arasında imzalanan 6.6 milyard avro dəyərində müqavilə çərçivəsində, Qətərə 12 ədəd Rafale modeli qırıcı və 50 ədəd Airbus tipli təyyarə satılıb.

863843
Qətər ilə Fransa arasında 6.6 milyard dəyərində müqavilə imzalandı

Fransa Müdafiə Nazirliyinin sosial media hesabında yayımlanan məlumatda bildirilib: Qətər ilə imzaladığımız ticari müqaviləyə görə bu ölkəyə 1,1 milyard avro dəyərində 12 ədəd Rafale model döyüş təyyarəsi və 5,5 milyard avro dəyərində 50 Airbus A321 tipli təyyarə satdıq. Müqavilə Fransa prezidenti Emmanuel Macronun Qətərə etdiyi rəsmi səfəri zamanı imzalanıb.

Məlumatda həmçinin bildirilib ki, Qətər ilə Fransanın Nexter firması arasında isə 1,5 milyard 500 min avro dəyərində 490 zirehli texnikanın satın alınmasını nəzərdə tutan razılaşma imzalanıb.



Әlaqәli Xәbәrlәr