Cenevrədə Suriya danışıqlarının səkkizinci mərhələsi başladı

Suriya ilə bağlı səkkizinci Cenevrə danışıqları rejim heyəti hazır olmadığı halda müxalifətçilərin iştirakı ilə yenidən başladı.

862080
Cenevrədə Suriya danışıqlarının səkkizinci mərhələsi başladı

Suriya ilə bağlı səkkizinci Cenevrə danışıqları rejim heyəti hazır olmadığı halda müxalifətçilərin iştirakı ilə yenidən başladı.

 Noyabrın 28-də  İsveçrənin Cenevrə şəhərində  başlayan  danışıqların ikinci hissəsində Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura müxalifət nümayəndələri ilə görüşdü.

  Cümə günü verilən fasiləndən sonra Dəməşqə dönən Suriya dövlətinin rəsmilərinin Cenevrəyə nə zaman gələcəkləri məlum deyil.

  Suriya müxalifətinin yaratdığı Ali Müzakirə Komitəsinin sədri Nasir Hariri Suriyada rejimin törətdiyi zülmün detallarını əks etdirən və müharibə cinayətkarlarının məhkəməyə verilməsini tələb edən sənədi Misturaya təqdim etdiklərini bildirdi.

  Hariri Suriyada siyasi həll yollarının tapılması üçün səylərini  davam etdirdiklərini  vurğuladı, rejimin bununla bağlı müxtəlif bəhanələr uydurduğunu qeyd etdi.

  Ali Müzakirə Komitəsinin sədri: "Biz Cenevrə-1 Bəyannaməsinin və BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin həyata keçirilməsi üçün buradayıq. Biz Cenevrəyə vahid heyət və vahid görüş ilə gəlmişik. İndi hansı tərəfin danışıqları rədd etdiyinin bildirilməsi məsuliyyəti beynəlxalq ictimaiyyətin, BMT-nin və BMT xüsusi nümayəndəsinin üzərinə düşür" dedi.



Әlaqәli Xәbәrlәr