"Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək", İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında  çıxış edib.

859118
"Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək", İ.Əliyev
cavusoglu baku.jpg

"Azərbaycan "Asiyanın Qəlbi” - İstanbul Prosesini dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək".

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında  çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib: "Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir. Bu, “Asiyanın Qəlbi” - İstanbul Prosesinin də əsasını təşkil edir və nazirlərin bəyanatında da əksini tapıb".

Azərbaycan ərazilərinin 1/5 faizinin işğal olunduğunu, Ermənistanın işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçiridiyini dilə getirən  Prezident İlham Əliyev deyib ki, ATƏT iki dəfə işğal olunmuş ərazilərə missiya göndərib. Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

Əfqanıstan prezidenti Əşrəf  Qani də  deyib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə Şimal-Cənub dəhlizinin açılması istiqamətində görülən işləri yüksək qiymətləndiririk. Bu, "Lyapis Lazur" nəqliyyat xəttinə qoşulmaq imkanı yaradır, regional və qlobal səviyyədə bağlantılara xidmət edir. Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir və biz Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq. Azərbaycanda ÜDM-in 5,3 faizdən 2017-ci ilə qədər 5 qat artması sabitlik və firavanlığın təmin olunmasında əsas şərtdir. Siz bizə texniki yardımın ən yaxşı formasını təklif edirsiniz. İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm.

“Asiyanın Qəlbi” - İstanbul Prosesinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən baş nazir olduğu dönəmdə başladıldığını xatırladan Qani Ərdoğan və Türkiyəyə təşəkkür edirəm. Türkiyənin Əfqanıstana verdiyi dəstəklərə böyük dəyər veririk." deyib.

Qeyd edək ki, Türkiyə İstanbul Prosesində aktiv rol oynamağa davam edir. Bu dəfə Əfqanıstan  və Azərbaycanın həmsədrliyi ilə keçirilən nazirlər konfransında Türkiyə ilə yanaşı 14 bölgə ölkəsinin, Prosesi dəstəkləyən ölkələrin, regional və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.

 



Әlaqәli Xәbәrlәr