“Türkiyə və İranın da iştirakı ilə “regional təhlükəsizlik konfransı” keçirilsin”, İ.Allavi

İraq prezidentinin müavini İyad Allavi Türkiyə və İranın da iştirakı ilə “regional təhlükəsizlik konfransı” keçirilməsi üçün çağırış etdi.

857720

Bununla bağlı yayılan məlumata əsasən, Allavi bu açıqlamanı İngiltərənin Bağdad səfiri Frank Baker ilə görüşü zamanı verib.  

Görüşdə regional təhlükəsizlik məsələsini müzakirə etmək üçün Türkiyə və İranın da iştirak edəcəyi konfrans təklifini səsləndirən Allavi deyib ki, konfrans çağırışı və təklifimiz təxirə salınan bütün mövzuların müzakirə olunub, qiymətləndirilməsilə bölgənin əmin-amanlığı və sabitliyi üçün həlli hədəf götürür.  

“Həmçinin İraqın təhlükəsizliyi və sabitliyi üçün müəyyən çərçivədə siyasət yürütülməməlidir. Ölkədə gələcək il üçün planlaşdırılan seçkinin şəffaf şəkildə keçirilməsi üçün uyğun mühitin hazırlanması böyük əhəmiyyət daşıyır”-deyə Allavi qeyd edib.

Әlaqәli Xәbәrlәr