Bolqaristanla İran arasındakı təyyarə böhranında Türkiyə vasitəçi oldu

İran Bolqarıstan hökumətinin təyyarəsini onun hava məkanına daxil olmağa az qalmış geri dönməyə vadar edib.

857749
Bolqaristanla İran arasındakı təyyarə böhranında Türkiyə vasitəçi oldu

İran Bolqarıstan hökumətinin təyyarəsini onun hava məkanına daxil olmağa az qalmış geri dönməyə vadar edib.

Ər-Riyadda jurnalistlərə müsahibə verən Bolqarıstanın Baş nazirinin müavini və xarici işlər naziri Ekaterina Zaxariyeva bildirib ki, bütün icazələrin alınmasına baxmayaraq, İran tərəfi təyyarəni öz hava məkanına qoymayıb və təyyarə Türkiyəyə qayıdaraq İraq hava məkanından uçmaq üçün icazə alıb.

Bolqarıstan Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar İranın bu ölkədəki müvəqqəti işlər vəkilinə etiraz bildirib.

Bolqarıstan KİV İran ilə Səudiyyə Ərəbistanı arasında səmimi  əlaqələrin olmadığını və bu vəziyyətin uçuşlara öz təsirini göstərdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr