Türkmənlər “qurucu xalq” statusu tələb edir

"İraqdakı bu səhvlərin Suriyada təkrar olunmasını istəmirik", Ə.Bozoğlan

856246
Türkmənlər “qurucu xalq” statusu tələb edir

 Suriyadakı türkmənlər onlara “qurucu xalq” statusu verilməsini istəyir.

 Ankarada açıqlama verən Suriya Türkmən Məclisinin sədri Əmin Bozoğlan İraqdakı səhvləri Suriyada yaşamamaq üçün xəbərdarlıq edərək deyib: “Türkmənlər Suriyada ikinci böyük xalqdır. Ölkədə varlığını qorumaq üçün bütün hüquqlarını zəmanət altına alacaq hüquqi bir status istəyur… Prioritet tələbimiz Suriya türkmənlərinə “qurucu xalq” statusu verilməsidir… Suriya Türkmən Məclisi olaraq Suriyada hər cür parçalanmaya qarşıyıq. Belə ki, etnik və dini qruplara federal və muxtar statuslar verilməsi İraqda DAEŞ kimi təşkilatları necə ortaya çıxardı və siyasi sabitsizlik nə qədər dərinləşdi, bunları gördük. İraqdakı bu səhvlərin Suriyada təkrar olunmasını istəmirik."



Әlaqәli Xәbәrlәr