İraqda törәdilәn partlayış 11 nәfәrin hәyatına son qoyub

İraqın paytaxtı Bağdadda törәdilәn partlayış nәticәsindә 11 nәfәr hәlak olub, 27 nәfәr dә yaralanıb.

856324
İraqda törәdilәn partlayış 11 nәfәrin hәyatına son qoyub

İraqın paytaxtı Bağdadda törәdilәn partlayış nәticәsindә 11 nәfәr hәlak olub, 27 nәfәr dә yaralanıb.

Bu barәdә tәhlükәsizlik mәnbәlәrindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, partlayış Bağdadın cәnub-şәrqindә yerlәşәn Nәhrәvan bölgәsindә törәdilib.

Partlayışın terrorçu-kamikadze tәrәfindәn hәyata keçirildiyi bildirilib.

Hadisә nәticәsindә xәsarәt alan 27 nәfәr isә bölgәdә yerlәşәn xәstәxanalara çatdırılıb.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti terror tәşkilatı DEAŞ öz üzәrinә götürüb.



Әlaqәli Xәbәrlәr